İSTİFADƏÇİ RAZILAŞMASI
Yayım tarixi: 30.08.2023
Bu istifadəçi razılaşması (bundan sonra “Razılaşma” adlandırılacaq) aşağıdakılar arasında bağlanır:
a) Bir tərəfdən
“Smart Solyuşns Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1403931601; Azərbaycan Respublikasının rezidenti) (bundan sonra “ Hüquq Sahibi”), bir tərəfdən və
b) Digər tərəfdən
Servisdə qeydiyyatdan keçmiş hüquqi şəxs və ya fərdi sahibkar (tərifi aşağıda verilmişdir)
bundan sonra birlikdə “Tərəflər” və ayrı olaraq “Tərəf” adlandırılacaq.
1. Terminlərin tərifləri
Razılaşmada qeyd olunan terminlər və tərifləri:
- Akt – Hüquq Sahibinin Servisdən İstifadəçilərə göstərdiyi xidmətlərə dair akt deməkdir;
- Bildirişlər – Razılşama çərçivəsində bütün bildirişlər, xəbərlər və digər ünvanlı məlumat ötürmələri deməkdir;
- Elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən sənəd;
- Fərdi məlumatların operatoru (bundan sonra “operator”) – fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən fərdi məlumatların mülkiyyətçisi və ya onun bu funksiyaları müəyyən həcmdə və şərtlərlə həvalə etdiyi dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs;
- “Fərdi məlumatlar haqqında” Qanun – “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulur;
- Genişləndirilmiş Lisenziya – Servisin əlavə funksionallığı ilə sadə (qeyri-eksklüziv) lisenziya növü deməkdir. Sifarişçi Lisenziyası və ProcureSaaS VMS Lisenziyası Genişləndirilmiş Lisenziyalardır;
- Hüquq Sahibi – Razılaşmanın preambulasında göstərilən mənanı daşıyır (bu Razılaşma üzrə “Smart Solyuşns Group” MMC (VÖEN: 1403931601));
- “Xəbər bülleteni” – Razılaşmanın 7.2-ci bəndində göstərilən mənanı daşıyır;
- İlkin lisenziya – Servisin minimum mövcud funksionallığına malik sadə (qeyri-eksklüziv) lisenziya növü deməkdir. Təchizatçı Lisenziyası İlkin lisenziya sayılır;
- İstifadəçi – Servisdə qeydiyyatdan keçmiş hüquqi şəxs və ya fərdi sahibkar deməkdir;
- Lisenziya – növbəti Lisenziyalardan hər hansı biri deməkdir: Təchizatçı Lisenziyası, Sifarişçi Lisenziyası və ya ProcureSaaS VMS Lisenziyası;
- Məxfilik Siyasəti – https://saas.procure.az/startpage/privacy-policy/ saytında mövcud olan Servisin Məxfilik siyasəti;
- Mülki Məcəllə – Azərbaycan Respublikasının Mülki Məcəlləsi deməkdir;
- ProcureSaaS Servisi və ya Servis – başlanğıc (qaynaq) mətn şəklində olan, obyektiv formada təqdim olunan proqramlar toplusu (ProcureSaaS Bilik İdarəetmə Sistemi kompüter proqramı və ProcureSaaS VMS kompüter proqramı), həmçinin bu proqramlara daxil olan verilənlər bazası, audiovizual və foto əsərlər deməkdir, hansı ki, öz növbəsində İstifadəçilərə mallar, işlər və/və ya Servislər haqqında məlumat mübadiləsi etmək, o cümlədən Sorğuların təşkil etmək və/və ya onlarda iştirak etmək, habelə Sorğuların səmərəli təşkili və aparılması üçün qarşı tərəflərin məlumat bazalarını (reyestrlərini) yaratmaq və idarə etmək deməkdir;
- ProcureSaaS VMS Lisenziyası – təsviri Razılaşmanın 1 nömrəli Əlavəsində verilmiş Servisin genişləndirilmiş funksionallığına malik Lisenziya növü deməkdir. ProcureSaaS VMS Lisenziyası Genişləndirilmiş Lisenziyadır;
- Servis Operatorunun Komissiyası – Hüquq Sahibi Razılaşmanın 5.4-cü bəndində müəyyən edilmiş qaydada Sorğu nəticəsində Sifariş almış bir və ya bir neçə Təchizatçıdan (bundan sonra “Servis Operatorunun Komissiyası” adlandırılacaq) aldığı haqq.
- Sifariş – Sifarişçinin Təchizatçıya (yaxud bir neçə Təchizatçıya) Sifarişçinin müvafiq Təchizatçının ümumi məbləğinə/həcminə və ya məbləğinin/həcminin bir hissəsinə bərabər olan məbləğdə (bundan sonra “Sifariş” adlandırılacaq) mal və/və ya işləri və/və ya xidmətlərini almaq niyyəti barədə Müraciət əsasında dərc etdiyi elan deməkdir. Şübhələrə yol verməmək üçün Sifariş Sifarişçinin Təchizatçıya malların, işlərin və/və ya xidmətlərin alınması təklifi və ya müqavilə bağlamaq üçün hər hansı digər qanuni məcburi təklif deyil;
- Sifarişçi – Sifarişçi Lisenziyasını əldə etmiş İstifadəçi deməkdir;
- Sifarişçi Lisenziyası – təsviri Razılaşmanın 1 nömrəli Əlavəsində verilmiş Servisin genişləndirilmiş funksionallığına malik Lisenziya növü deməkdir. Bu tip lisenziya Genişləndirilmiş Lisenziya hesab olunur;
- Sorğu – malların və/və ya işlərin və/və ya Servislərin təchizatçılarını tapmaq və seçmək məqsədilə Servisdən istifadə etməklə həyata keçirilən prosedur deməkdir;
- Sorğuların təşkili qaydaları və şərtləri – Razılaşmanın 4.2-ci bəndində göstərilən mənanı daşıyır;
- Şəxsi kabinet – İnternet şəbəkəsində Servis veb-saytında olan Servis tərəfindən dəstəklənən alt sistemidir və İstifadəçinin https://saas.procure.az ünvanında şəxsi səhifəsidir ki, bu da Hüquq Sahibi ilə İstifadəçiyə Servis çərçivəsində elektron formada məsafədən qarşılıqlı əlaqə yaratmağa imkan verir;
- Tarif – Məlumatı https://saas.procure.az saytında mövcud olan Hüquq Sahibi tərəfindən Servis çərçivəsində təqdim edilən müvafiq Lisenziyanın və/yaxud Servisin dəyəri deməkdir;
- Təchizatçı – Təchizatçı Lisenziyasını almış İstifadəçi deməkdir;
- Təchizatçı Lisenziyası – təsviri Razılaşmanın 1 nömrəli Əlavəsində verilmiş Servisin əsas funksionallığına malik Lisenziyanın növü deməkdir. Təchizatçı Lisenziyası İlkin Lisenziyadır;
- Təchizatçıların Reyestrləri – Razılaşmanın 4.3-cü bəndində göstərilən mənanı daşıyır;
- Təchizatçının Fəaliyyətinin Qiymətləndirilməsi Siyasəti – Hüquq Sahibi tərəfindən İstifadəçilərə fəaliyyət göstəricisinin təyin edilməsi metodologiyası deməkdir;
- Tətbiq olunan qanunvericilik – müvafiq vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, digər normativ hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət orqanlarının fərmanları, sərəncamları və qərarları daxil olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi deməkdir;
2. Razılaşmanın predmeti
2.1. Razılaşma Hüquq Sahibi ilə İstifadəçilər arasında Servisdən istifadə və Servis İstifadəçilərinə xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir.
2.2. İstifadəçiyə təqdim olunan Servisin funksional imkanlarının və Servislərinin həcmi onun aldığı Lisenziyanın növündən və onun ödədiyi Tarifdən asılıdır.
3. Servisin funksionallığı və Servisləri
3.1. Servisdə qeydiyyatdan keçdikdən sonra İstifadəçiyə İlkin Lisenziyanın şərtlərinə uyğun olaraq Servisin minimum funksional imkanlarından istifadə etmək hüququ verilir. İlkin Lisenziyanın şərtlərinə uyğun olaraq Servisdən istifadə İstifadəçiyə Təchizatçı kimi Sorğularda iştirak etməyə imkan verir. Tariflərdə başqa hal nəzərdə tutulmayıbsa, İlkin Lisenziya İstifadəçiyə pulsuz verilir.
3.2. İstifadəçiyə Sifarişçi kimi Sorğuları təşkil etməyə və həyata keçirməyə imkan verən Servisin funksionallığına giriş əldə etmək üçün İstifadəçi Sifarişçi Lisenziyasını almalıdır. Sifarişçi Lisenziyasının dəyəri Hüquq Sahibi tərəfindən İstifadəçi ilə yazılı formada bağlanmış Müqavilələrdə müəyyən edilir.
3.3. Sorğuların təşkili və aparılması çərçivəsində Təchizatçıların reyestrlərinin (siyahılarının) formalaşmasına imkan verən Servisin müvafiq funksionallığına çıxış əldə etmək üçün İstifadəçi ProcureSaaS VMS Lisenziyasını almalıdır. ProcureSaaS VMS Lisenziyasının dəyəri Hüquq Sahibi tərəfindən İstifadəçi ilə yazılı formada bağlanmış Müqavilələrdə müəyyən edilir.
3.4. Qarşı tərəflərin yoxlanılması, Təchizatçının fəaliyyət göstəricisinin səviyyəsinin müəyyən edilməsi, Sorğuların təşkili üçün tender sənədlərinin hazırlanması və Hüquq Sahibi tərəfindən vaxtaşırı göstərilə biləcək digər xidmətlər üzrə Servisin funksionalına çıxış əldə etmək üçün İstifadəçi Hüquq Sahibi tərəfindən İstifadəçilərlə yazılı formada bağlanmış Müqavilələrdə müəyyən edilən haqqı ödəməlidir.
4. Servis istifadəçilərinin qarşılıqlı əlaqəsi
4.1. Servisdən istifadə çərçivəsində İstifadəçilər bir-biri ilə məlumat mübadiləsi, eləcə də hüquqi qüvvəyə malik sənədlərin imzalanması və onlar arasında əqdlərin bağlanması yolu ilə qarşılıqlı əlaqədə olurlar. İstifadəçilər tərəfindən hüquqi qüvvəyə malik sənədlərin, o cümlədən müqavilələrin imzalanması qaydası bu Razılaşmanın 17-ci maddəsində müəyyən edilmişdir.
4.2. Sifarişçi Sorğuların təşkili və onlarda iştirak qaydalarını və şərtlərini, Təchizatçılara olan tələbləri və Sorğuların digər parametrlərini (bundan sonra “Sorğuların Təşkili Qaydaları və Şərtləri” adlandırılacaq) müstəqil olaraq müəyyən edir. Sifarişçi Təchizatçıların Sorğularda iştirakına məhdudiyyətlər qoya bilər, məsələn, Təchizatçıların Reyestrinin yaradılması formasını özü müəyyən edə bilər.
4.3. Sifarişçi Servisin əlavə funksionallığı vasitəsilə (xüsusən də ProcureSaaS VMS Lisenziyası çərçivəsində müxtəlif kateqoriyalar üzrə Təchizatçıların reyestrlərini (siyahılarını) (bundan sonra “Təchizatçı Reyestrləri” adlandırılacaq) yarada və formalaşdıra bilər. Təchizatçıların Reyestrlərinin strukturu, onların formalaşdırılması meyarları və qaydaları Sifarişçi tərəfindən müstəqil olaraq müəyyən edilir. Təchizatçı Sifarişçi tərəfindən müəyyən edilmiş Təchizatçıların Reyestrlərinin formalaşdırılması qaydalarına uyğun olaraq Sifarişçinin Təchizatçıların Reyestrlərinə daxil edilməsi üçün müraciət edə bilər. Xüsusilə vurğulanır ki, Hüquq Sahibi Təchizatçıların Reyestrlərinin formalaşdırılmasında iştirak etmir, o cümlədən Təchizatçıların Reyestrlərinin formalaşdırılması qaydalarını müəyyən etmir, Təchizatçıların Sifarişçinin tələblərinə uyğunluğunu təmin etmir və/və ya Təchizatçıların Sifarişçinin yaratdığı Təchizatçıların Reyestrlərinə daxil edilməsini təmin etmir.
4.4. Sifarişçilər tərəfindən müəyyən edilən və məhdud sayda olan Təchizatçılar üçün yerləşdirilən Sifarişçi Sorğuları Qapalı Sorğu sayılır.
4.5. Bütün Təchizatçılar Sifarişçi tərəfindən Razılaşmanın 4.3-cü bəndinə əsasən müvafiq qaydada yaradılmış Təchizatçıların Reyestrlərinə daxil olan Təchizatçılar üçün yerləşdirilən bütün sorğular haqqında olan məlumatı əldə edə bilərlər (Qapalı Sorğular haqqında məlumat istisna olmaqla). Bu Təchizatçılar Sorğuların təşkili Qaydaları və Şərtlərinə riayət etməklə müvafiq Sorğuda iştirak etmək üçün ərizə təqdim edə bilərlər.
4.6. Sifarişçi Servisin funksional imkanlarından istifadə edərək Sorğunu müstəqil şəkildə təşkil edə bilər, həmçinin Sorğunun təşkilini Hüquq Sahibinə həvalə edə bilər.
4.7. Hüquq Sahibi Sorğuların təşkilində iştirak edərsə, Hüquq Sahibi Sifarişçinin sifarişini yerinə yetirmək üçün (qismən və ya tam) Sorğuda iştirak etmək üçün ərizələr təqdim etmiş Təchizatçılardan Sorğuların təşkilinə görə haqq almaq hüququna malikdir.
4.8. Sorğuların təşkili qaydaları və şərtləri, habelə Hüquq Sahibinin Sifarişçinin adından Sorğunun təşkilinə görə (əgər o, Sifarişçi tərəfindən cəlb olunubsa) aldığı haqqın məbləği (və onun ödənilməsi qaydası) Sorğunun elanında öz əksini tapır. Təchizatçı Sorğuların təşkili qaydaları və şərtləri ilə razılığını təsdiq etməli və Hüquq Sahibinin haqqını Sorğunun elanında göstərilən vaxt və qaydada ödəməlidir.
4.9. Sifarişçi Sorğuların təşkili qaydaları və şərtlərinə uyğun olaraq Sorğunun qalibini müstəqil olaraq müəyyən edir. Sorğunun qalibi Sorğunun nəticələrinə görə Sifariş almış bir və ya bir neçə Təchizatçıdır.
4.10. Hüquq Sahibi Razılaşmanın 5.4-cü bəndində müəyyən edilmiş qaydada Sorğu nəticəsində Sifariş almış bir və ya bir neçə Təchizatçıdan (bundan sonra “Servis Operatorunun Komissiyası” adlandırılacaq) haqq almaq hüququna malikdir:
4.10.1. Tərəflər etiraf edir və təsdiq edirlər ki, Hüquq Sahibinin Servis Operatorunun Komissiyasına ödəniş tələb etmək hüququ Sifarişçilər və Təchizatçılar arasında Sorğu nəticələrinə əsasən müqavilələrin və digər hüquqi əhəmiyyətli sənədlərin faktiki bağlanıb-bağlanmamasından asılı deyil.
4.10.2. Servis operatorunun komissiyasının məbləği Təchizatçının Sorğuda iştirak etmək təklifini verdikdən əvvəl Servisdə yerləşdirilmiş Sorğuda iştirak üçün xüsusi şərtlər haqqında Hüquq Sahibinin elanında göstərilən ayrı-ayrı şərtlərə uyğun olaraq müəyyən edilir (bundan sonra “Elan”). Təchizatçı Razılaşmanın 17.3-cü bəndində nəzərdə tutulmuş qaydada Elanda göstərilən Sorğuda iştirak şərtlərini (o cümlədən Servis operatorunun komissiyasının ödənilməsi şərtini) təsdiq etməklə, müvafiq Elanda göstərilmiş Servis operatorunun komissiyasını müəyyən edilmiş məbləğdə ödəməyə razılığını bildirir.
4.10.3. Servis operatorunun komissiyası Sorğu nəticəsində Təchizatçı tərəfindən alınan Sifarişin məbləğinə əsasən hesablanır. Eyni zamanda, Sorğunun rəsmiləşdirilmiş parametrlərində göstərilən malların (işlərin, xidmətlərin) həcmi Sorğunun təsvirində və (və ya) Sorğuya əlavə olunan sənədlərdə göstərilən malların (işlərin, xidmətlərin) həcmindən fərqli olduqda, Servis operatorunun komissiyası Sifarişçinin Sorğunun təsvirində göstərdiyi planlaşdırılan malların (işlərin, xidmətlərin) həcminə əsasən hesablanır.
4.10.4. Sifarişçi Sorğunun nəticələrini ləğv edərsə və eyni Təchizatçını yeni fərqli şərtlərlə (Sifarişin həcmi və/və ya qiyməti daxil olmaqla) olan Sorğunun qalibi müəyyən edərsə, təkrar qalib kimi tanınan Təchizatçı ilkin sorğu nəticələrinə əsasən hesablanmış Servis Operatoru Komissiyasını ödəyir. Sifarişçi Sorğunun yeni qalibi kimi başqa şəxsi müəyyən edərsə, Sorğunun yeni qalibi Sorğu nəticəsində aldığı Sifarişin məbləğinə əsasən hesablanmış Servis Operatorunun Komissiyasını ödəməlidir.
4.11. Sorğunun nəticələrinə əsasən Sifarişçi tərəfindən seçilmiş Təchizatçı Sifarişçi ilə Sorğunun predmeti ilə bağlı müqavilə imzalayır. Hüquq Sahibi Sorğularda nə öz adından, nə də ki Sifarişçi və/və ya Təchizatçı adından iştirak etmir, Sifarişçilər və Təchizatçılar tərəfindən Sorğular çərçivəsində yaranan öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmir. Hüquq Sahibi Sifarişçilər və Təchizatçılar tərəfindən Sorğular nəticəsində aralarında bağlanmış müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə, o cümlədən satılan malların və xidmətlərin keyfiyyətinə, onların çatdırılma müddətinə və Sifarişçilərin satın aldıqları mallara, işlərə və/və ya xidmətlərə görə ödəmə öhdəliklərinə və kəmiyyətlərinə, Təchizatçıların öhdəliklərinin yerinə yetirilməsinə görə və s. əlaqədar məsələlərə görə məsuliyyət daşımır. İstifadəçilərin bir-birinə qarşı bütün iddiaları, Hüquq Sahibini cəlb etmədən İstifadəçilər tərəfindən həll edilməlidir.
4.12. İstifadəçi Sistemin təhlükəsizliyinə yönələn, təhlükəsizlik boşluqları və riskləri yarada bilən hərəkətlər etməmələdir və zərərverici proqram təminatından istifadə etməməlidir. İstifadəçi Sistemdə potensial təhlükə aşkar etdikdə Hüquq Sahibini məlumatlandırır.
5. Ödəniş qaydası və şərtləri
5.1. İstifadəçi Hüquq Sahibinə Servisdən istifadə hüququna görə qeyd olunan lisenziya haqqını ödəyir. Bundan əlavə İstifadəçi keçirilmiş Sorğuda qalib gəldiyi təqdirdə aşağıdakı cədvəldə göstərilən Sifariş məbləğinə əsasən orada göstərilən haqqı Hüquq Sahibinə ödəməyi öhdəsinə götürür.
Sifariş məbləği (AZN) | Haqq (AZN) |
0 – 500 (daxil olmaqla) | 10 |
501 – 1000 (daxil olmaqla) | 20 |
1001 – 2000(daxil olmaqla) | 40 |
2001 – 3000 (daxil olmaqla) | 50 |
3001 – 10000 (daxil olmaqla) | 100 |
10001 – 30000 (daxil olmaqla) | 150 |
30001 – 50000 (daxil olmaqla) | 250 |
50001 – 100000 (daxil olmaqla) | 350 |
100000-dən (daxil olmaqla) daha çox | 500 |
Qiymətlərə ƏDV daxil deyil
5.2. İstifadəçi Sorğuda qalib gəldikdə və bu Razılaşmanın 5.1 bəndi ilə nəzərdə tutulmuş haqqı Hüquq Sahibinə ödəmədikdə, Hüquq Sahibinin hüququ vardır ki, hüquq çərçivəsində həyata keçirəcək tədbirlərlə yanaşı həmin İstifadəçini Servisdə “qara siyahı”-ya əlavə etsin və onun Servisdən istifadəsini məhdudlaşdırsın.
5.3. Tariflərdə başqa hal nəzərdə tutulmayıbsa, İlkin Lisenziya İstifadəçiyə pulsuz verilir. İstifadəçilərə Genişləndirilmiş Lisenziyalar Hüquq Sahibi ilə İstifadəçi arasında yazılı formada imzalanan Müqavilə əsasında təqdim olunur. Genişləndirilmiş Lisenziyalar əsasında Servisdən istifadə hüququna görə Hüquq Sahibinin haqqı, habelə İstifadəçiyə göstərilən xidmətlərə görə haqq müvafiq Müqavilələrdə müəyyən edilir.
5.4. Müvafiq Tarif və/və ya müvafiq Müqavilə şərtləri ilə İstifadəçi ilə fərqli ödəniş proseduru müəyyən edilmədikdə, Genişləndirilmiş Lisenziyanın şərtlərinə uyğun olaraq Servisdən istifadəyə görə müvafiq İstifadəçi ilə lisenziya haqqı Servisdən istifadəyə başlamazdan əvvəl ödənilir.
5.5. Hüquq Sahibinin Razılaşmaya uyğun olaraq göstərdiyi xidmətlərin, o cümlədən Servis Operatorunun Komissiyasının haqqının ödənilməsi Hüquq Sahibinin hesab-fakturaları əsasında, faktura təqdim edildiyi tarixdən etibarən 3 (üç) gün müddətində həyata keçirilir.
5.6. Razılaşmanın 5.3 və 5.4-cü bəndlərinə uyğun olaraq İstifadəçinin lisenziya haqqını və Hüquq Sahibinin Servislərinin dəyərini ödəmək öhdəliyi seçilmiş Tarifdə və ya Hüquq Sahibinin hesabında göstərilən məbləğdə vəsait Hüquq Sahibinin bank hesabına daxil olduğu anda İstifadəçi tərəfindən ödənilmiş hesab olunur.
5.7. İstifadəçi aldığı Lisenziyanın və ya Hüquq Sahibinin Servislərinin haqqını Hüquq Sahibinin Razılaşmanın 19-cu maddəsində müəyyən edilmiş cari hesabına Azərbaycan Respublikasının valyutası – Azərbaycan Manatı (AZN) ilə nağdsız qaydada köçürmək yolu ilə ödəyir.
6. Servisdə qeydiyyatdan keçmə qaydası
6.1. Servisdən istifadə etmək üçün hüquqi şəxsin və ya fərdi sahibkarın qanuni nümayəndəsi Servisdə qeydiyyat prosedurunu tamamlamalıdır, bunun nəticəsində isə Servisdə unikal istifadəçi hesabı (akkaunt) yaradılacaqdır.
6.2. İstifadəçi qeydiyyatdan keçərkən qeydiyyat formasına uyğun olaraq özü haqqında dəqiq və dolğun məlumat verməyi və bu məlumatı aktual saxlamağı öhdəsinə götürür.
6.3. İstifadəçi öz hesab (akkaunt) məlumatlarının (elektron poçt ünvanı və parol) məxfiliyini qorumağı öhdəsinə götürür. İstifadəçi seçilmiş parolun təhlükəsizliyinə (təxmin edilməyə qarşı dayanaqlığına) cavabdehdir, parolunun məxfiliyini təmin edir və könüllü köçürmə və ya üçüncü şəxslərə hesaba daxil olmaq üçün məlumatların məxfiliyə riayət edilməməsi halları da daxil olmaqla, öz hesabı altında Servisdən istifadə edən bütün hərəkətlərə/hərəkətsizliklərə görə tam maddi məsuliyyət daşıyır. İstifadəçi razılaşır və etiraf edir ki, onun hesabının məlumatlarından istifadə etməklə həyata keçirilən bütün hərəkətlər İstifadəçinin özünün hərəkətləri hesab edilir.
6.4. İstifadəçi şəxsi hesabından istifadə etməklə Servisə icazəsiz (İstifadəçi tərəfindən icazə verilməmiş) giriş və/və ya onların giriş vasitələrinin məxfiliyinin hər hansı pozulması (pozulma şübhəsi) halları barədə Hüquq Sahibini dərhal xəbərdar etməyə borcludur. Təhlükəsizlik məqsədləri üçün İstifadəçi Servislə işin hər sessiyasının sonunda öz hesabından təhlükəsiz çıxmağa borcludur və bunun üçün “Çıxış” düyməsini sıxmalıdır. Hüquq Sahibi məlumatların mümkün itkisinə və ya zədələnməsinə, habelə İstifadəçi tərəfindən Razılaşmanın bu müddəasının pozulması nəticəsində baş verə biləcək hər hansı xarakterli digər nəticələrə görə məsuliyyət daşımır.
6.5. İstifadəçi Servisdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanı və paroldan istifadə etməklə eyniləşdirilir.
6.6. İstifadəçi etiraf edir və razılaşır ki, adı, təşkilatın adı və İstifadəçi tərəfindən müəyyən edilmiş digər məlumatlar Servis Sorğuların ictimai məlumat bazasını formalaşdırdıqda və elanlar dərc etdikdə paylaşıla bilər. Hüquq Sahibi istənilən vaxt İstifadəçidən əlavə identifikasiyadan keçməsini və digər məsələlərlə yanaşı, İstifadəçinin hüquqi statusunu və İstifadəçinin adından çıxış edən şəxslərin səlahiyyətlərini təsdiq edən sənədləri müvafiq qaydada təsdiqlənmiş kağız və/və ya elektron qaydada təqdim etməyi tələb etmək hüququnu özündə saxlayır.
6.7. İstifadəçi tam identifikasiyadan keçməkdən imtina etdikdə və ya qeydiyyat zamanı təhrif edilmiş məlumatların təqdim olunması faktı və ya şübhəsi yarandıqda, və ya faktiki hüquqi məlumatlarla Servisə İstifadəçi tərəfindən daxil edilən məlumatlar arasında fərq olduqda, habelə İstifadəçinin təqdim etdiyi sənədlər İstifadəçini eyniləşdirməyə imkan vermədikdə, Hüquq Sahibi öz mülahizəsinə əsasən İstifadəçinin hesabını bloklamaq və ya silmək və İstifadəçinin Servisdən istifadə etmək hüququndan məhrum etmək hüququna malikdir.
7. Servisdən istifadə şərtləri
7.1. Servisdən istifadə edərkən İstifadəçiyə qadağandır:
7.1.1. Aşağıda sadalanan hallar üzrə istənilən şəkildə məlumat və materiallardan istifadə etmək, ötürmək, yerləşdirmək və yaymaq, habelə istənilən hərəkətləri yerinə yetirməsinə yönəlmiş:
7.1.1.1. müharibənin təbliğinə, milli, irqi və ya dini ədavətin və düşmənçiliyin salınması, ekstremizmin və terror aktlarının törədilməsi;
7.1.1.2. insanın və vətəndaşın cinsinə, irqinə, milliyyətinə, dilinə, mənşəyinə, dinə münasibətinə görə alçaldılması;
7.1.1.3. ictimai asayişi, etika, əxlaq və mənəviyyət normalarının pozulması;
7.1.1.4. tərkibində pornoqrafiya, uşaq pornoqrafiyası elementləri olan məlumatın yayılması, toplanılması, hazırlanması;
7.1.1.5. şəxsi həyatın sirrini pozmaqla, şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələnməsi;
7.1.1.6. dövlət və kommersiya sirrini təşkil edən məlumatı yaymaq;
7.1.1.7. fiziki şəxslərin xüsusi və biometrik fərdi məlumatlarını ehtiva edən məlumatı yaymaq;
7.1.1.8. üçüncü şəxslərin əqli və digər hüquqlarının pozmaq;
7.1.1.9. qanunun, beynəlxalq hüququn ümumi prinsiplərinin və normalarının pozmaq.
7.1.2. Servisin normal fəaliyyətini pozan tədbirlər görməmək, o cümlədən:
7.1.2.1. reklam qanunlarını pozan spam, məlumat və materialları yaymaq;
7.1.2.2. Servisin funksionallığını məhdudlaşdırmaq, hesab məlumatları İstifadəçilərin Servisə daxil olmaq üçün istifadə etdikləri kompüter avadanlığının işini pozan Servis istifadəçiləri məxfiliyini pozmaq üçün nəzərdə tutulmuş zərərli kompüter proqramlarını (virusları) və digər materialları, kompüter proqramlarını, kodları, Servisdə nasazlığa səbəb olan və ya səbəb ola biləcək faylları yerləşdirmək, göndərmək, yükləmək, yaymaq.
7.1.3. Servisdən Razılaşmada nəzərdə tutulmayan üsullarla istifadə etmək, yəni:
7.1.3.1. Servisi və ya ayrı-ayrı elementləri istənilən vasitə ilə emal etmək, dəyişdirmək, təkrarlamaq və yaymaq;
7.1.3.2. üçüncü tərəflərə Servisin funksionallığına girişi təmin etmək;
7.1.3.3. Servislə rəqabət aparan məhsullar/xidmətlər/həllər yaratmaq üçün Servisdən və ya onun ayrı-ayrı elementlərindən istifadə etmək;
7.1.3.4. Servisdən üçüncü şəxslərə xidmət göstərmək üçün istifadə etmək;
7.1.3.5. Razılaşmanın 9.8-ci bəndində göstərilən tələbləri pozaraq fiziki şəxslərin fərdi məlumatlarını emal etmək, saxlamaq və yaymaq üçün Servisdən istifadə etmək, o cümlədən, hüquqi şəxslərin kommersiya sirrinə aid məlumatlarını emal etmək, saxlamaq və yaymaq;
7.1.3.6. üçüncü şəxslərə Servisdən istifadə hüququnu vermək, sublisenziya müqavilələri bağlamaq.
7.2. İstifadəçi Servisdə qeydiyyatdan keçərkən göstərdiyi elektron poçt ünvanına növbətilər barədə Servisin informasiya bülleteni (bundan sonra “Xəbər bülleteni”) almağa (i) Servisdən istifadə etməklə edilən Sorğular və Sorğularda iştirak etmək üçün dəvətlər; (ii) Sorğu prosedurunun vəziyyəti və gedişatı barədə məlumat, (iii) Servisin fəaliyyəti və Sorğularda iştirakla bağlı təlim seminarlarında, vebinarlarda, konfranslarda iştirak etmək üçün dəvətlər və ya təkliflər, habelə Sorğuların təşkili ilə bağlı digər məlumatlar almağa və verməyə razılaşır.
7.3. Xəbər bülleteni əsasında və onunla əlaqədar qəbul edilmiş nəticələrə və qərarlara görə İstifadəçi yalnız özü məsuliyyət daşıyır.
7.4. İstifadəçi istənilən vaxt Xəbər bülleteni almaqdan imtina etmək və ya alınmasını məhdudlaşdırmaq hüququna malikdir.
7.5. Hüquq Sahibi istənilən vaxt İstifadəçinin Xəbər bülleteni əldə etmək imkanını məhdudlaşdırmaq və ya dayandırmaq üçün İstifadəçiyə səbəb göstərmədən və əvvəlcədən xəbərdarlıq etmədən öz mülahizəsinə əsasən dayandırmaq hüququna malikdir.
7.6. Razılaşmanın 7.1-ci bəndində göstərilən Servisdən istifadə şərtlərinin pozulması Razılaşmanın mühüm şərtlərinin pozulması hesab olunur və bu halda Hüquq Sahibi İstifadəçinin hesabını bloklamaq və istifadə hüququna xitam vermək hüququna malikdir. Hüquq Sahibi birmənalı olaraq Razılaşmanın 7.1-ci bəndində göstərilən Servisdən istifadə şərtlərinin Istifadəçi tərəfindən pozulması halında Razılaşmanı ləğv etmək hüququna malikdir.
7.7. Hüquq Sahibi İstifadəçinin Servisdə yerləşdirdiyi və ya İstifadəçi tərəfindən Servisdən istifadə edərək yaydığı məlumatı üçüncü şəxs tərəfindən bu cür məlumatların onun hüquqlarını pozduğu barədə bildiriş aldıqda və ya özü aşkar etdikdə ki, bu cür məlumatların yayılması Razılaşma və/və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilibsə, silmək hüququna malikdir.
7.8. Hüquq Sahibi öz mülahizəsinə əsasən, Razılaşmanın qüvvədə olduğu müddətdə istənilən vaxt heç kimə bildiriş göndərmədən və hər hansı rəsmiliyə riayət etmədən aşağıdakı hüquqlara malikdir:
7.8.1. İnternetdə Servisin yerləşdiyi ünvanı və Servisin fəaliyyətini təmin edən serverlərin yerini dəyişdirmək;
7.8.2. Servisdən istifadə qaydalarını və Servisdən İstifadəçilər arasında qarşılıqlı əlaqə prosedurunu dəyişdirmək;
7.8.3. Servisin texniki xüsusiyyətləri, dizaynı, mətn məzmunu (kontenti) daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin fəaliyyətini dəyişdirmək.
8. Əqli mülkiyyət
8.1. Hüquq Sahibi Servisə müstəsna hüquqlara malikdir və öz mülahizəsinə əsasən hüquqlarını hamısını və ya birini və ya bir neçəsini üçüncü şəxsə ötürə bilər.
8.2. Hüquq Sahibinin Servisə daxil edilmiş intellektual fəaliyyətin nəticələrindən, o cümlədən proqram kodundan, dizayn işlərindən, mətnlərdən, fərdiləşdirmə vasitələrindən (təşkilatın adı, əmtəə nişanları, xidmət nişanları, kommersiya təyinatları və s.) istifadə etmək hüququ vardır. Servisə daxil edilən intellektual fəaliyyətin nəticələrindən istifadə məqsədəuyğun istifadədir və üçüncü şəxslərin hüquqlarını pozmur.
8.3. İstifadəçi Servisdən və Servisə daxil edilmiş intellektual fəaliyyətin nəticələrindən Razılaşmaya uyğun olmayan hallarda istifadə etməməyi öhdəsinə götürür.
8.4. İstifadəçi Hüquq Sahibinə öz loqosunu (təsvirini) Servisdə, eləcə də Hüquq Sahibinin marketinq materiallarında yerləşdirmək hüququnu verir.
9. Fərdi məlumatlar
9.1. Hüquq Sahibi İstifadəçilərin fərdi məlumatlarını və məxfi məlumatlarını Məxfilik Siyasətində göstərilən məqsədlərə və prosedurlara uyğun olaraq toplayır, saxlayır və emal edir.
9.2. Servislə qarşılıqlı əlaqənin bir hissəsi olaraq İstifadəçilər Servisin funksionallığından istifadə edərək, digər İstifadəçilərin ictimai məlumatlarını və məxfi məlumatlarını toplaya, saxlaya və emal edə bilərlər. İstifadəçi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci bəndinə uyğun olaraq, Hüquq Sahibinə İstifadəçinin Operatoru olduğu fiziki şəxslərin hamı üçün açıq olan fərdi məlumatlarını emal etməyə icazə verir. İstifadəçinin Operator olduğu subyektlərin fərdi məlumatları İstifadəçinin Servisdən istifadə edərək yaydığı və/və ya Servisdə elektron internet formaları vasitəsilə ötürülən sənədlərdə, fotoşəkillərdə, habelə hər hansı digər şəkildə ola bilər.
9.3. İstifadəçi Hüquq Sahibinə İstifadəçinin Operator olduğu şəxslərin fərdi məlumatları ilə aşağıdakı hərəkətləri yerinə yetirməyi tapşırır: əldə etmə, qeyd etmə, sistemləşdirmə, toplama, saxlama, dəqiqləşdirmə (yeniləmə, dəyişdirmə), istifadə, ötürmə (təmin etmə, giriş), o cümlədən Hüquq Sahibinin səlahiyyətli nümayəndələrinə köçürmək, İstifadəçiyə Servisin funksionallığından istifadə edərək fərdi məlumatları toplamaq imkanı vermək üçün fərdi məlumatların şəxsiyyətsizləşdirilməsi, bloklanması, silinməsi, məhv edilməsi.
9.4. Tərəflər qəbul edir və razılaşırlar ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.10-cu bəndə əsasən Hüquq Sahibi Razılaşmanın 9.2-ci bəndində göstərilən fərdi məlumatların Operatoru sayılmır və belə fərdi məlumatların emalının məqsədini müəyyən etmir. Tərəflər qəbul edir və razılaşırlar ki, Hüquq Sahibi fərdi məlumat subyektlərinin Operatoru olmadığından həmin subyektlər qarşısında heç bir məsuliyyət daşımır.
9.5. İstifadəçi təsdiq edir və zəmanət verir ki:
9.5.1. o, Razılaşma ilə müəyyən edilmiş məqsədlər və üsullarla Servis və üçüncü şəxslər (Servisin cəlb etdiyi) tərəfindən fərdi məlumatlarının emalı üçün fərdi məlumatların subyektinin (subyektlərinin) yazılı razılığını almışdır;
9.5.2. Razılaşmada nəzərdə tutulmuş yollarla fərdi məlumatların subyektinə (subyektlərinə) Servisin adı, VÖEN-i, yerləşdiyi yer, habelə onların fərdi məlumatlarının Servis və üçüncü şəxslər (Servisin cəlb etdiyi) tərəfindən emalı barədə məlumat verib.
9.5.3. fərdi məlumatların subyektinin (subyektlərinin) razılıqlarının qüvvədə olma müddəti başa çatmayıb.
9.6. Fərdi məlumatların subyekti (subyektləri) öz fərdi məlumatlarının emalına verdiyi razılığı ləğv etdikdə, Servis belə fərdi məlumatların operatoru olan İstifadəçinin bəzi və ya bütün Servisin funksiyalarına girişini məhdudlaşdırmaq hüququna malikdir.
9.7. İstifadəçi Razılaşmanın 9.5.1-ci bəndində göstərilən razılıqların əslini Servisin İstifadəçinin Şəxsi kabinetində müvafiq sorğunu yerləşdirdiyi tarixdən etibarən 5 (beş) gün ərzində Servisə təqdim etməyi öhdəsinə götürür.
9.8. İstifadəçi fərdi məlumat subyektlərinin şəxsi və/və ya ailə sirləri ilə bağlı fərdi məlumatlarını, gizli şəxsi həyatı, şəxsi məlumatlara aid olan və ya aid edilə bilən şəxsi məlumatları, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndinə uyğun olaraq xüsusi kateqoriyalı və/və ya biometrik fərdi məlumatlar kateqoriyasına aid məlumatları toplamaq, yaymaq, emal etmək və Servislə işləyərkən və ya ümumiyyətlə Servislə əlaqəli olmayan şəkildə və məqsədlər üçün belə istifadə edə bilməz.
9.9. Fərdi məlumatların mühafizəsi tələbi, o cümlədən, onları emal etmə prinsipləri, fərdi məlumatların icazəsiz və ya təsadüfi əldə etməkdən qorunması üçün zəruri hüquqi, təşkilati və texniki tədbirlər Hüquq Sahibi tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 11 maddələrinin bəndlərində göstərilən əsas şərtləri nəzərə alınmaqla müstəqil şəkildə müəyyən edilir.
9.10. Hüquq Sahibi İstifadəçinin tapşırığı əsasında fiziki şəxslərin fərdi məlumatlarını emal etməyi Servis İstifadəçilərinin fərdi məlumatları üçün təmin etdiyi məxfilik və təhlükəsizlik səviyyəsinə uyğun emal olunmasını öhdəsinə götürür.
10. Tərəflərin zəmanətləri və təminatları
10.1. Tərəflər hazırki Razılaşmanı imzalamaq və icra etmək üçün bütün lazımi hüquqlara, razılıqlara və icazələrə malik olduqlarına zəmanət verir və təmin edirlər.
10.2. İstifadəçi Servisdə yerləşdirmək üçün İstifadəçinin adı (adlandırılması) və əmtəə nişanı da daxil olmaqla əqli mülkiyyətdən və fərdiləşdirmə vasitələrindən istifadə etmək üçün bütün hüquqlara malik olduğuna zəmanət verir və təmin edir.
10.3. İstifadəçi Servisdə qeydiyyat zamanı təqdim etdiyi məlumatların doğruluğunu, aktual olduğunu, qanuni olaraq İstifadəçiyə məxsus olduğunu və üçüncü şəxslərin hüquqlarını pozmadığına zəmanət verir və təmin edir.
11. Zərərlərin ödənilməsi
11.1. İstifadəçi özünün və ya cəlb etdiyi üçüncü şəxslərin və/və ya digər İstifadəçilərin Servisdən istifadə etməsi ilə bağlı yaranan və İstifadəçi ilə birbaşa və ya əlaqəli olan pretenziyaları, şikayətləri, tələbləri, iddiaları nəticəsində Hüquq Sahibinə birbaşa və ya dolayı yolla dəymiş zərəri, o cümlədən bununla bağlı yarana biləcək məhkəmə xərclərini və s. xərclərini Hüquq Sahibinə ödənilməlidir, Hüquq Sahibini bütün iddia və pretenziyalardan qorumalıdır.
11.2. İstifadəçi 11.1-ci bənddə göstərilən halların baş verməsi nəticəsində Razılaşmanın 17-ci maddəsində nəzərdə tutulmuş qaydada Hüquq Sahibi tərəfindən göndərilən yazılı sorğunu aldığı tarixdən etibarən 10 (on) iş günü müddətində Hüquq Sahibinin itkilərini ödəməyi öhdəsinə götürür.
12. Tərəflərin məsuliyyəti
12.1. Razılaşmada başqa hal nəzərdə tutulmayıbsa, Hüquq Sahibi və İstifadəçilər qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyə və bu Razılaşmaya uyğun olaraq məsuliyyət daşıyırlar.
12.2. İstifadəçi İstifadəçinin işçilərinin hərəkətlərinə, habelə Servisə giriş əldə etmiş üçüncü şəxslərin, digər İstifadəçilər və ya Hüquq Sahibi qarşısında əlavə, lazımsız, şişirdilmiş öhdəliklərinə səbəb olan hərəkətlərinə görə eləcə də İstifadəçinin giriş və şifrə saxlama qaydalarına əməl etməməsi səbəbindən üçüncü şəxslər qarşısında məsuliyyət daşıyır.
12.3. Razılaşma ilə açıq şəkildə başqa hal nəzərdə tutulmayıbsa:
12.3.1. İstifadəçi Servisdən istifadə riskini öz üzərinə götürür. Hüquq Sahibi Servisdən istifadə nəticəsində İstifadəçinin hər hansı nəticəsinə, qərarlarına, hərəkətlərinə, habelə Servisdən istifadə nəticəsində İstifadəçiyə dəyən hər hansı zərər və itkilərə görə məsuliyyət daşımır;
12.3.2. Hüquq Sahibi İstifadəçinin lazımi proqram və aparat imkanları və parametrləri dəstinə malik kompüter avadanlığının olmaması, şəbəkə sistemlərinin işində pozuntular və/və ya məhdudiyyətlər (fasilələr və İnternet bağlantısı nasazlıqları) səbəbindən Servisdən istifadənin mümkünsüzlüyünə, İstifadəçinin kompüter avadanlığının və aparat-texniki kompleksinin pozulması və nasazlıqları, habelə İstifadəçinin istifadə etdiyi avadanlıq və şəbəkələrin işində hər hansı digər pozuntulara, nasazlıqlara, məhdudiyyətlərə görə məsuliyyət daşımır;
12.3.3. Hüquq Sahibi İstifadəçinin Servisdən istifadə edən işçilərinin İstifadəçinin digər İstifadəçilər və ya Hüquq Sahibi, habelə üçüncü şəxslər qarşısında Servisdən düzgün istifadə edilməməsi nəticəsində əlavə, lazımsız, şişirdilmiş öhdəliklərinin yaranmasına səbəb olan hərəkətlərinə görə məsuliyyət daşımır;
12.3.4. İstifadəçilər Servisdən “olduğu kimi” (ingiliscə: “as is”) istifadə etməyi qəbul edir və razılaşırlar. Hüquq Sahibi Servisin funksionallığının İstifadəçinin gözləntilərinin, ehtiyaclarının və təsəvvürlərinin uyğunluğuna görə məsuliyyət daşımır.
12.4. Təchizatçının Fəaliyyətinin Qiymətləndirilməsi Siyasətinin şərtlərinə uyğun olaraq Təchizatçının fəaliyyət səviyyəsinin tam identifikasiya və müəyyən edilməsi məqsədilə İstifadəçi Hüquq Sahibi tərəfindən yoxlana bilər. Hüquq Sahibi Təchizatçı tərəfindən İstifadəçi üçün müəyyən edilmiş müvafiq fəaliyyət səviyyəsinin təyin edilməsi ilə bağlı yaranan nəticələrə görə İstifadəçilər qarşısında heç bir məsuliyyət daşımır.
12.5. Hüquq Sahibinin müvafiq İstifadəçi qarşısında ümumi məsuliyyətinin miqdarı İstifadəçinin Servisdən istifadənin son ili üçün ödədiyi Tarifin dəyərindən artıq deyil.
13. Fors-major
13.1. Tərəflər Razılaşma üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə (əgər belə öhdəliklərin yerinə yetirilməməsi fors-major halların nəticəsidirsə) görə məsuliyyətdən azad edilirlər.
13.2. Fors-major dedikdə, Razılaşma bağlandıqdan sonra Tərəfin ağlabatan hərəkət edərək qabaqcadan görə bilmədiyi və/və ya qarşısını ala bilmədiyi fövqəladə hadisələr nəticəsində yaranmış hallar başa düşülür.
13.3. Razılaşmanın məqsədləri üçün 13.2-ci bəndə uyğun olaraq fors-major hallara aiddirlər: təbii fəlakətlər, epidemiyalar, pandemiyalar (məs. COVİD-19), hərbi əməliyyatlar, blokadalar, iğtişaşlar, vətəndaş iğtişaşları, dövlət orqanlarının məhdudiyyətləri və qadağaları, tətillər və istehsalat mübahisələri, o cümlədən Hüquq Sahibinin işçilərinin iştirak etdikləri mübahisələr, Hüquq Sahibinin serverlərinin, kommunal və telekommunikasiya şəbəkələrinin fəaliyyətindəki uğursuzluqlar və fasilələr daxildir.
13.4. 13.2-ci bənddə göstərilən hallar baş verdikdə Razılaşma ilə bağlı Hüquq Sahibi İstifadəçiləri belə halların baş verməsi və belə halların gözlənilən müddəti barədə məlumatlandırmağı, habelə Tərəflərin Razılaşma üzrə öhdəliklərini yerinə yetirmə imkanlarını qiymətləndirməyi öhdəsinə götürür.
13.5. Fors-major halları 3 aydan çox müddətdə davam edərsə, Hüquq Sahibi öz mülahizəsinə əsasən bu Razılaşmaya birtərəfli qaydada xitam verə bilər.
14. Razılaşmanın müddəti
14.1. Bu Razılaşma Azərbaycan Respublikasının Mülki Məcəllənin 408-ci maddəsinə əsasən, qeyri-məhdud sayda şəxslərə ünvanlanmış təklifdir (ictimai təklif). İstifadəçi Razılaşmanın 17.3-cü bəndində göstərilən qaydada Razılaşmanı qəbul etdiyi tarixdən etibarən bu Razılaşma qeyd-şərtsiz və istisnasız olaraq tam şərtləri ilə qəbul etmiş hesab olunur.
14.2. Bu Razılaşma 15-ci maddəyə uyğun olaraq Razılaşmaya xitam verildiyi günə qədər etibarlıdır.
15. Razılaşmanın ləğvi
15.1. Tərəflərdən hər hansı biri Razılaşmanın nəzərdə tutulduğu xitam tarixindən 10 (on) iş günü əvvəl digər Tərəfi xəbərdar etməklə istənilən vaxt Razılaşmanı birtərəfli qaydada ləğv etmək hüququna malikdir.
15.2. Hüquq Sahibi, İstifadəçi tərəfindən Razılaşmanın istənilən hər hansı bir şərti pozulduqda, İstifadəçini 1 (bir) gün əvvəlcədən xəbərdar etməklə istənilən vaxt Razılaşmaya birtərəfli qaydada xitam vermək hüququna malikdir. Belə olan halda, İstifadəçi tərəfindən ödənilmiş lisenziya haqları Hüquq Sahib tərəfindən geri qaytarılmır.
15.3. Razılaşmanın ləğvi, xitam verilməsi üçün əsaslardan asılı olmayaraq, Servisdən istifadə hüququnun dayandırılmasına səbəb olur və nəticə olaraq İstifadəçi Servisdən istifadəni dayandırmağı öhdəsinə götürür.
15.4. İstifadəçinin təşəbbüsü ilə Razılaşmanın ləğvi lisenziya haqqının qaytarılması üçün əsas deyil.
15.5. Razılaşmanın 15.1-ci maddəsinə əsasən bu Razılaşmaya xitam verildikdə, İstifadəçi tərəfindən ödənilmiş lisenziya haqqının istifadə edilməmiş vaxta mütənasib hissəsi Hüquq Sahibi tərəfindən İstifadəçiyə geri qaytarılır.
16. Mübahisələrin həlli
16.1. Tərəflər arasında Razılaşma üzrə və ya onunla əlaqədar yaranan bütün mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilir.
16.2. Tərəflər mübahisələrin həlli üçün məhkəməyədək prosedura riayət etməyi öhdələrinə götürürlər. Maraqlı Tərəf Razılaşmanın 17-ci maddəsində nəzərdə tutulmuş qaydada pretenziya göndərir. Pretenziyaya baxılma müddəti pretenziyanın daxil olduğu tarixdən etibarən 10 (on) təqvim günüdür.
16.3. Tərəflər arasında mübahisələr bu Razılaşmanın 16.1 və 16.2-ci bəndlərinə uyğun olaraq həll edilmədikdə, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq ilkin mediasiyada iştirak edirlər. Mübahisə mediasiya yolu ilə həll edilmədikdə, baxılması üçün Azərbaycan Respublikasının müvafiq məhkəməsinə göndərilir.
17. Elektron sənəd dövriyyəsi və bildirişlər
17.1. Bu 17-ci maddə digər məqsədlərlə yanaşı, aşağıdakı məqsədlər üçün istifadə edilən Elektron Sənədlərin mübadiləsi Servisindən istifadə prosesində Tərəflərin müvafiq imza üsulundan istifadə qaydasını və şərtlərini müəyyən edir:
17.1.1. Razılaşmanın Tərəflər tərəfindən bağlanması, dəyişdirilməsi və icrası;
17.1.2. Servisdən istifadə çərçivəsində Hüquq Sahibi ilə İstifadəçilər, habelə İstifadəçilər arasında bağlanmış digər müqavilələrin, o cümlədən hərracların təşkili haqqında Razılaşmanın bağlanması, dəyişdirilməsi və icrası;
17.1.3. İstifadəçilər tərəfindən fərdi məlumatların emalı və ötürülməsinə dair razılıqların mövcudluğunun təsdiqi;
17.1.4. Tərəflərin bir-birinə bildirişlərin göndərməsi.
17.2. Bu 17-ci maddə həmçinin Servisdən istifadə etməklə elektron sənədlərin formalaşdırılması, göndərilməsi və qəbulu ilə bağlı Tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
17.3. Bu Razılaşmanın təsdiqi Servisdə qeydiyyatdan keçərkən İstifadəçi tərəfindən Razılaşmanın oxunması, onun bütün şərtləri ilə razı olması və təsdiq etməsi müvafiq sahəyə (check box) “qeyd” işarəsinin qoyulması vasitəsi ilə həyata keçirilir.
17.4. İstifadəçi Razılaşmanın 17.3-cü bəndində göstərilən hərəkətləri həyata keçirmək üçün müvafiq şəxsin(lərin) İstifadəçi adından bu hərəkətləri yerinə yetirmək üçün səlahiyyət verdiyi şəxs(lər) olduğunu(larını) təsdiq edir.
17.5. Tərəfin elektron poçt ünvanından istifadə etməklə göndərilən elektron sənədlər və bildirişlər hüquqi əhəmiyyət kəsb edən mesajlar kimi tanınır. Bu sənəd və bildirişlər Tərəfin əlyazma imzası ilə imzalanmış, kağız şəklində tərtib edilmiş sənəd və ya bildirişlə bir hüquqi nəticəyə malikdirlər.
17.6. Elektron sənəd İstifadəçinin Şəxsi kabinetindən istifadə edilməklə yaradılarsa və (və ya) göndərilərsə, İstifadəçi tərəfindən imzalanmış sayılır. Bu bəndin məqsədləri üçün Tərəflər razılaşırlar ki, Tərəflər həmçinin imza vasitəsi kimi aşağıdakıları tanıyırlar:
17.6.1. Servisdə müvafiq sahəyə (check box) “qeyd” işarəsinin qoyulması.
17.7. Tərəflər razılığa gəliblər ki, İstifadəçinin 17-ci maddədə qeyd olunan qaydada təsdiq olunmuş hər hansı informasiya daşıyıcısı elektron sənəd kimi tanınır, əlyazma imzası ilə imzalanmış kağız sənədə ekvivalentdir və müvafiq olaraq belə sənədlə eyni hüquqi nəticələrə səbəb olur. Xüsusilə, Razılaşmanın 17.6-cı bəndinin tələblərinə cavab verən elektron sənəddə ifadə edilən İstifadəçinin hər hansı hüquqi əhəmiyyətli iradə bəyannaməsi kağız üzərində qeyd edildiyi kimi eyni hüquqi nəticələrə səbəb olur.
17.8. Servisdə və/və ya Servis vasitəsi ilə İstifadəçinin Şəxsi kabinetinə yüklənmiş bütün elektron sənədlər İstifadəçinin Şəxsi kabinetinə yükləndiyi andan etibarən qəbul edilmiş sayılır. İstifadəçi Servisdə və/və ya Servis vasitəsi ilə İstifadəçinin Şəxsi kabinetinə yüklənmiş elektron sənədlərin qəbulunu operativ şəkildə izləməyi öhdəsinə götürür.
17.9. Hüquq Sahibi tərəfindən İstifadəçinin Şəxsi kabinetinə yüklənən bütün elektron sənədlər və bildirişlər İstifadəçiyə çatdırılmış hesab olunur. İstifadəçi bu sənədlər və bildirişlər ilə bağlı, həmin bildiriş və sənədlər Şəxsi kabinetinə yükləndiyi andan 3 (üç) gün ərzində Hüquq Sahibinə cavab bildirmədikdə bu sənədlərdə və bildirişlərdə göstərilən müddəaların/şərtlərin/məlumatların İstifadəçi tərəfindən qeyd-şərtsiz qəbul edilməsinin təzahürüdür.
18. Digər şərtlər
18.1. Servisdən istifadə bu Razılaşma, habelə bu Razılaşmanın ayrılmaz hissəsi olan növbəti sənədlə tənzimlənir: https://saas.procure.az saytında mövcud olan Məxfilik Siyasəti.
18.2. Hüquq Sahibi öz mülahizəsinə əsasən, Razılaşmanın qüvvədə olduğu müddət ərzində istənilən vaxt heç kimə bildiriş göndərmədən və hər hansı tərəfin rəsmiliyinə riayət etmədən Razılaşmanın şərtlərini dəyişdirmək və yeniləmək hüququna malikdir. Razılaşmanın yeni versiyasında başqa hal nəzərdə tutulmayıbsa , Razılaşmanın yeni versiyası https://saas.procure.az saytında yerləşdirildiyi gündən qüvvəyə minir. Razılaşmanın cari versiyası hər zaman https://saas.procure.az səhifəsində mövcüddur.
18.3. İstifadəçi Razılaşmanın hər hansı şərtləri ilə razılaşmadıqda Servisdən istifadəni dayandırmalıdır və bu barədə Hüquq Sahibinə dərhal bildiriş verməlidir.
18.4. Razılaşma, habelə Razılaşmaya uyğun və ona uyğun tərtib edilmiş hər hansı digər sənədlər Razılaşmanın 17-ci maddəsində müəyyən edilmiş qaydada bağlanır.
18.5. Razılaşmanın şərtlərinə zidd olmadan İstifadəçi və Hüquq Sahibi Razılaşmada göstərilən bütün şərtləri özündə əks etdirən müqaviləni kağız formada yazılı ikitərəfli sənəd şəklində tərtib etmək hüququna malikdirlər.
İstifadəçi razılaşmasına Əlavə №1
Yayım tarixi: 23.02.2023
Təchizatçı Lisenziyası:
- İstifadəçi profilinin yaradılması;
- İstifadəçi işçilərinin qeydiyyatı;
- giriş hüquqlarının paylanması;
· Sifarişçilər, ictimai sorğular və akkreditasiya üzrə məlumat bazalarında üçün axtarış interfeysi;
· Sifarişçilərin akkreditasiyasında iştirak (Sifarişçi tərəfindən yerləşdirilmiş sorğu anketinin doldurulması, ərizə və sənədlər paketinin formalaşdırılması və təqdim edilməsi);
- Sorğularda iştirak;
· Servisdə digər İstifadəçilər ilə daxili ünsiyyət vasitələri (publik və/və ya özəl söhbət);
· şirkətin Təchizatçının ümumi fəaliyyət səviyyəsinin müəyyən edilməsi.
Sifarişçi Lisenziyası:
- İstifadəçi profilinin yaradılması;
- işçilərin qeydiyyatı və komandanın qurulması;
- giriş hüquqlarının paylanması;
- potensial Təchizatçılar üçün axtarış interfeysi,
· Sorğunun parametrlərinin müəyyən edilməsi və dəyişdirilməsi (iştirakçılardan təkliflərin toplanması üçün müddətin müəyyən edilməsi, rəqiblərin təkliflərinin görünməsi, Sorğunun spesifikasiyası, sorğu anketlərininformalaşdırılması);
· Sorğu üçün giriş və görünmə parametrləri (açıq/qapalı, bir mərhələli/çoxmərhələli);
· prosedurun gedişi haqqında bildirişlərin və ya Sorğularda iştirak etmək üçün dəvətlərin göndərilməsi;
· Servisdə Təchizatçı ilə daxili rabitə vasitələri (publik və/və ya özəl söhbət);
· İstifadəçinin internet saytında açıq Sorğular və akkreditasiya məlumat bazaları haqqında məlumatların Servis vasitəsilə dərc edilməsi;
· prosedurun idarə edilməsi (redaktə, bloklama, ləğv, uzadılma, qaliblərin seçilməsi ilə və seçilmədən tamamlanması);
· Servisdə aparılan tenderlər üzrə açıq sorğular haqqında məlumatlar əldə etmək;
· Təchizatçıların rəqabətli siyahısının avtomatik formalaşdırılması, Təchizatçıların təkliflərinin, yazışmaların yüklənməsi;
- Sorğunun qalibinin müəyyən edilməsi;
· Müraciətlər üzrə ümumi statistikanın formalaşdırılması
ProcureSaaS VMS Lisenziyası:
· istiqamətlər üzrə Təchizatçıların reyestrlərinin (siyahılarının) yaradılması;
· Təchizatçılar arasında sorğunun strukturlaşdırılması üçün sorğu vərəqələrinin yaradılması;
- giriş hüquqlarının paylanması;
· Təchizatçıların yekun qiymətləndirilməsi üçün düsturun yaradılması;
· Təchizatçıların kateqoriyalarının yaradılması və kateqoriyalar üzrə Təchizatçıların avtomatik sıralanması;
· Təchizatçıların müxtəlif meyarlara və qaydalara uyğun olaraq akkreditasiyası/kvalifikasiyası, Təchizatçıların yoxlanılması prosesinin təşkili (müəyyən giriş hüquqlarına malik şirkət işçiləri qrupunun yaradılması, Təchizatçıların müraciətlərinin təsdiqi mərhələlərinin qurulması və s.);
· Müəyyən kateqoriyadan olan Təchizatçılar arasında Sorğunun dərci.